"İkinci qoldan sonra rəqib həvəsdən düşdü" - AÇIQLAMA

Sportarena.az      6 Dekabr 2018, 19:30

"İlk dəqiqələrdən hesabı açmağımız bizə rahat oynamağa kömək oldu. Fərqi 2 topa çatdırandan sonra, rəqib tamamilə həvəsdən düşdü".

 

Sportarena.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov ölkə kubokunun 1/8 final mərhələsinin "Ağsu" ilə oyunundan sonra keçirilən mətbuat konfransında deyib. Gənc mütəxəssis səfərdə 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb:

 

"Birinci hissə bizim üçün daha ağır oldu. İkinci yarıda əsasən gənc oyunçulara üstünlük verdim. “Ağsu”ya divizion oyunlarnda uğurlar arzu edirəm".

 

Qeyd edək ki, "Sabah" 1/4 finalda "Qəbələ" ilə üz-üzə gələcək. Komandalar arasında ilk oyun dekabrın 16-da, cavab görüşü isə həmin ayın 20-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin