Qurbanovla Bordin DÜNYA REYTİNQİNDƏ İRƏLİLƏDİ

11:19 7 Dekabr 2018

"World Coach Ranking" saytı ən yaxşı məşqçilərin yeni reytinqini dərc edib.

 

Sportarena.az xəbər verir ki, siyahıda Azərbaycandan iki mütəxəssis yer alıb. "Qarabağ"ın və millimizin baş məşqçisi Qurban Qurbanov 1073 xalla 452-ci pillədə qərarlaşıb. Mütəxəssis ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib.

 

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 968-ci pilləni tutur. İtalyan məşqçi 8 pillə irəliləyə bilib. 

 

Qeyd edək ki, siyahıya "Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone qərarlaşıb. "Qremio"nun baş məşqçisi Renato Qauço isə 3-cüdü.


Digər xəbərlər

Xəbər xətti