Ramil Quliyev “İlin kişi atleti” seçildi - FOTO

11:44 7 Dekabr 2018

Yüngül atletika üzrə dünya və Avropa çempionu, Türkiyə millisinin üzvü Ramil Quliyev Balkan Atletika Federasiyası tərəfindən “İlin kişi atleti” seçilib.

 

Sportarena.az xəbər verir ki, Berlində təşkil edilən Avropa çempionatında qızıl medal qazanan Quliyev Balkan Atletika Federasiyasının Afinada təşkil edilən qala gecəsində mükafatını alıb. Türkiyə Atletika Federasiyasının rəhbəri Fatih Çintimar Ramili təbrik edərək onun adını türk idman tarixinə qızıl hərflərlə yazdırdığını deyib.

R.Quliyev isə qarşıdakı dünya çempionatında Avropanın 32 illik 200 metrlik rekordunu qırmağa söz verib.



Digər xəbərlər

Xəbər xətti