"Zirə" "Qarabağ"la oyuna itkilərlə hazırlaşır - FOTOLAR

12:42 7 Dekabr 2018

Topaz Premyer Liqasının 14-cü turunda "Zirə" "Qarabağ"ı qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, "qartallar" son çempionla oyuna ciddi itkilərlə çıxacaq. baş məşqçi Samir Abasov cəzalı duruma düşən Kamal Mirzəyev, İlkin Muradov və Pərdis Fərcad-Azadın xidmətindən məhrum olub. 13-cü turda "Qəbələ" ilə oyunda (0:0) qırmızı vərəqə alan Bilal Həmdi də sözügedən matçda çıxış etməyəcək. Bundan əlavə, 6-cı turda "Sumqayıt"la qarşılaşmada zədə alan Vüqar Mustafayev də görüşü kənarda izləməli olacaq. 24 yaşlı futbolçu məşqlərə başlasa da, növbəti il yaşıl meydanlara qayıdacaq.

 

Qeyd edək ki, "Zirə" - "Qarabağ" oyunu dekabrın 9-u baş tutacaq.



Digər xəbərlər

Xəbər xətti