"Qəbələ"dən ayrılan futbolçuya 10 min avroluq cərimə

16:25 7 Dekabr 2018

"Qəbələ"nin sabiq futbolçusu Dion Omar Malone agenti Con Veldmana 10 min avro təzminat ödəyib.

 

Sportarena.az xəbər verir ki, 2017/18 mövsümünün sonunda "Qəbələ"dən ayrılan futbolçunun agenti "Tvente" və "Den Haaq" klubları ilə danışıqlar aparsa da, razılığa gələ bilməmişdi. Malone də bu səbəbdən 12 il birgə çalışdığı agent Veldmanla yolları ayırıb və özü "Den Haaq"la danışıqlar apararaq, anlaşıb. Boş oturmayan Veldman isə Surinam əsilli yarımmüdafiəçini məhkəməyə verib və 10 min avro təzminat alıb.

 

Qeyd edək ki, Malone "qırmızı-qaralar"da 21 oyun keçirib.


Xəbər xətti