"Beşiktaş"ın futbolçusu keçmiş sevgilisini bezdirib: "Bir daha mənə zəng etmə" - FOTOLAR

17:16 7 Dekabr 2018

"Beşiktaş"ın futbolçusu Oğuzhan Özyakup keçmiş sevgilisi Demet Özdemiri narahat edir.

 

Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, aktrisanı unuda bilməyən və barışmaq istəyən futbolçu tez-tez ona zəng edir. Bu vəziyyətdən narazı olan Özdemir isə hər dəfə telefonu söndürərək onunla danışmaq istəmədiyini bildirir.

 

Demet hazırda "Star TV"də yayımlanan "Erkenci kuş" serialında baş rolu oynayır. Hətta onun tərəf müqabili Can Yamanla sevgili olduğu deyilir.

 

Oğuzhan isə son olaraq ona serialın çəkilişləri zamanı zəng edib. Əsəblərinə hakim ola bilməyən Demet isə onun üstünə qışqıraran "Bir daha mənə zəng etmə" deyib. 

 

İddiaya görə, bu vəziyyətdən Can Yaman da xəbər tutub. Aktyor sevgilisinə bildirib ki, Oğuzhan bir daha zəng etsə, onunla özü danışacaq.



Digər xəbərlər

Xəbər xətti