Türkiyə klubu sabiq "Xəzər Lənkəran"lı ilə yollarını ayırdı

20:19 7 Dekabr 2018

Türkiyənin II Liqasında çıxış edən “Darıca Gənclərbirliyi” klubu baş məşqçisi Oqtay Dərəlioğlu ilə yolları ayırıb.

 

Sportarena.az xəbər verir ki, mütəxəssis klubun müqavilə şərtlərinə əməl etmədiyini, maaş və mükafat almadıqları üçün klubdan gedib. Dərəlioğlu klubun tezliklə müflis olacağını da qeyd edib.

 

Qeyd edək ki, Oqtay Dərəlioğlu futbolçu 2004/05 mövsümündə “Xəzər Lənkəran”da oynayıb.


Xəbər xətti