Türkiyə çempionatı: "Beşiktaş" səfərdə xal itirdi

11:12 8 Dekabr 2018

Türkiyə Superliqasının XV turunda 24 xalla çempionatda üçüncü pillədə qərarlaşan "Beşiktaş" komandası səfərdə "Alanyaspor"la qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb 0:0. Beləliklə, Superliqanın son iki matçında qalib gələn İstanbul komandası bu görüşdə rəqibini məğlub edə bilməyib və səfər oyununda xal itirib.

Bu heç-heçəyə baxmayaraq, hesabındakı xallarının sayını 25-ə çatdıran Şenol Günəşin komandası turnir cədvəlində üçüncü sıradakı mövqeyini möhkəmləndirib.


Digər xəbərlər

Xəbər xətti