"Neftçi"nin qış hazırlıq planı məlum oldu

12:25 8 Dekabr 2018

"Neftçi”nin qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində olacaq komanda Manavqat bölgəsində yerləşən oteldə məskunlaşacaq.

Flaqman qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar yanvarın 18-i, 23-ü və 26-da olacaq. Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.


Digər xəbərlər

Xəbər xətti