"Arsenal"ın ulduz futbolçularının narkotik qəbul etdiyi gecə ilə bağlı ŞOK AÇIQLAMA + VİDEO

13:00 9 Dekabr 2018

Məlum olduğu kimi, "Arsenal"ın futbolçularının təşkil etdiyi əylənəcə gecəsinin görüntüləri yayımlanıb. "The Sun"un yaydığı videoda Məsut Özil, Aleksandre Lakazet, Matteo Quendouzi, Sead Kolaşinaç, Şkodran Mustafi, Pyer-Emerik Obameyanq və Henrix Mxitaryan kimi məşhur futbolçuların "Hippy crack" adlı narkotik vasitəni qəbul etdiyi görünür. Gecədə həmçinin 70 qadının iştirak etdiyi bildirilir.

 

Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, "The Sun" həmin gecədə iştirak etmiş qızlardan birinin açıqlamasını yayımlayıb. Onun sözlərinə görə, narkotik qəbul edən Məsut huşunu itirib: 

 

"Hippy crack"dən bütün futbolçular istifadə etdi və hamısı onun təsiri altınd idi. Məsut narkotiki çəkdikdən sonra huşunu itirdi və kresloda yatdı. Quendouzi narkotiki çəkdikdən sonra əvvəl daha da cəsarətləndi, sonra isə vəziyyəti pisləşdi. Huşunu tamamilə itirmişdi".

 

 


Xəbər xətti