"Qarabağ"la 14-cü duel

18:08 8 Dekabr 2018

"Zirə" Topaz Premyer Liqanın XIV turunda dekabrın 9-da "Qarabağ"la qarşılaşacaq.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qartallar" son 5 mövsümün çempionu ilə 14-cü dəfə qarşılaşacaq. Bunadək komanda Ağdam klubu ilə Premyer Liqada 13 dəfə üz-üzə gəlib. Həmin oyunlarda 3 heç-heçə edən “Zirə” 10 dəfə məğlub olub. Rəqib qapısına 6 dəfə yol tapan komanda 24 top buraxıb. 


"Qarabağ"la matçlarda “Zirə”nin ən məhsuldar oyunçusu Mirsahib Abbasovdur. O, rəqib qapısına 2 dəfə yol tapıb ki, bu da cari mövsümün ilk duelinə təsadüf edib.

7-ci dəfə rəqibini qəbul edəcək “qartallar” ev oyunlarında 2 heç-heçə edib və 4 dəfə uduzub. Komanda öz meydanında 3 qol vurub, 9-nu buraxıb.

Qeyd edək ki, rəqiblərin son 2 matçında hər iki komanda qol sevinci yaşayıb. 


Digər xəbərlər

Xəbər xətti