"Azarkeşlərimizin möhtəşəm dəstəyi sayəsində istədiyimiz nəticəni əldə etmişik" - "Neftçi"nin futbolçusu

23:05 8 Dekabr 2018

“Komandamız "Sumqayıt”la oyuna böyük həvəslə hazırlaşıb”.

Sportarena.az xəbər verir ki, bu sözləri “Neftçi”nin müdafiəçisi Ruslan Abışov klubun rəsmi saytına açıqlamasında deyib. Topaz Premyer Liqanın 14-cü turunda doğma meydanda “Sumqayıt”la keçirəcəkləri oyundan danışan təcrübəli futbolçu azarkeşləri stadiona dəvət edib:


“Heyətdə ciddi itkilər var. Bu bizə müəyyən çətinliklər yarada bilər. Belə vəziyyətlərlə çox rastlaşmışıq. Lakin hər dəfə də azarkeşlərimizin möhtəşəm dəstəyi sayəsində istədiyimiz nəticəni əldə etmişik. İnanıram ki, bu dəfə də belə olacaq. Yenə də əsas ümidimiz onlaradır. "Sumqayıt”la görüş Premyer Liqadakı sonuncu ev oyunumuzdur. Bu qarşılaşmada qələbə qazanmaq bizim üçün çox vacibdir. Bütün "Neftçi” azarkeşlərini stadiona dəvət edirəm”.

Qeyd edək ki, sabah keçiriləcək “Neftçi” - “Sumqayıt” oyunu saat 19:30-da başlayacaq.  


Digər xəbərlər

Xəbər xətti