Renat Dadaşov 80 dəqiqə oynadı, komandası qələbə qazandı

11:40 9 Dekabr 2018

Portuqaliya çempionatında XII turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət yığma komandamızın üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" klubu "Kovilya" ilə üz-üzə gəlib. Doğma meydanda "Kovilya"nı minimal hesabla məğlub edən "Eştoril" xallarını 23-ə çatdırıb və turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

 

Qeyd edək ki, bu görüşdə Renat Dadaşob 80 dəqiqə meydanda olub.


Xəbər xətti