"Qarabağ" Qurban Qurbanova maksimum şərait yaradacaq - 4 ƏSAS TRANSFER REALLAŞACAQ

03:00 9 Dekabr 2018

 Azərbaycan millisindən gedən Qurban Qurbanovun ilk hədəfi lider "Neftçi”ni taxtdan salmaq olacaq.

 

Sportarena.az xəbər verir ki, "Qarabağ” rəhbərliyi Premyer Liqada liderliyə yüksəlməyi qarşısına məqsəd qoyan çalışdırıcıya dəstək olacaq. Belə ki, mütəxəssisin komandanı gücləndirmək üçün nəzərdə tutduğu 4 əsas transfer həyata keçiriləcək. Klub rəhbərliyi bir neçə səviyyəli legioner alınmasının əleyhinə deyil ki, bu da öz növbəsində "Qarabağ” azarkeşləri üçün yeni ümidlər anlamındadı. Rəhbərliklə mütəxəssis arasında bu gün telefon danışığı olub və yaxın günlərdə planlarla bağlı müzakirələr aparılması nəzərdə tutulub.

 

Artıq qış fasiləsində 2 gözaltısı ilə anlaşma əldə etməyə çalışacaq ağdamlıların növbəti avrokubok oyunlarına qədər indikindən 30 faiz daha yaxşı olmağı hədəflədiyi faktdı. Seçmə komandadan ayrılan Qurbanovun özünü bütünlüklə klubdakı işinə həsr edə biləcəyini nəzərə alsaq, Avroliqada qrupdan çıxmayacağı dəqiqləşən Azərbaycan çempionunun çempionatda hər görüşə 3 xal hədəfi ilə başlayacağı, xal itkisini ağlından keçirməyəcəyini proqnozlaşdırmaq olar. (fanat.az)


Digər xəbərlər

Xəbər xətti