"Qurban Qurbanoun sayəsində ikinci dəfə karyeramı bərpa etmişəm" - Kamran Ağayevdən AÇIQLAMA

19:11 9 Dekabr 2018

Millinin və “Keşlə”nin qapıçısı Kamran Ağayev  yığma komandamızın baş məşqçisi Qurban Qurbanovun postundan getməsinə münasibət bildirib.

 

Sportarena.az qolkiperin qısa açıqlamasını təqdim edir:

 

 “Çoxları elə bilir ki, mənimlə Qurban Qurbanov arasında problem var. Amma bu, belə deyil. Onunla münasibətim indi də yaxşıdır, necə ki, siz qələm əhliylə də eləyəm. O, futbolda mənə ilk güvənənlərdən olub, kapitanlıq bazubəndini verib. Qurban Qurbanoun sayəsində ikinci dəfə karyeramı bərpa etmişəm. Futbolu bilən yeganə insan Qurbanov idi, o da getdi”.

 

Qeyd edək ki, Kamran Ağayev yığmamızın Farer adaları ilə oyununda zədə alıb və Kosovo səfərinə öz istəyi ilə yollanmayıb. Təcrübəli qolkiper bu hərəkətinə görə tənqidlərə məruz qalıb. 


Xəbər xətti