Millimizin sabiq baş məşqçisinin əməliyyatdan sonra vəziyyəti necədir?

00:44 10 Dekabr 2018

Bir neçə gün əvvəl əməliyyat olunan Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçkinin səhhəti yaxşıdı.

 

Sportarena.az xəbər verir ki, Sarayevodakı xəstəxanalardan birində müalicə olunan mütəxəssis sabah reanimasiyadan çıxarılaraq palataya yerləşdiriləcək. Onun vətəni Xorvatiyaya dönmək mvə müalicəsini Zaqrebdə davam etdirmək istədiyi bildirilir. Bununla bağlı qərarı həkimlər verəcək.

 

Qeyd edək ki, 2014-2017-ci illərdə Azərbaycan millisinə başçılıq edən Prosineçki bağırsağındakı problem səbəbindən əməliyyat olunmuşdu.


Digər xəbərlər

Xəbər xətti