"Geniş heyətimiz olmadığına görə heç kimi göndərmək fikirmiz yoxdu" - Sənan Qurbanov

20:59 9 Dekabr 2018

"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının XIV turunda "Səbail"lə səfərdə qolsuz bərabərliklə nəticələnən matçdan sonra mətbuat konfransı keçirib. Gənc mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib.

 

- Qələbə qazanmaq istəyirdik. Bunun üçün bəzi taktiki dəyişiklər etmişdik. Oyun olaraq razı qaldım. Hazırlaşdığımız həmin elementlər bu gün meydanda oldu. Ancaq qol epizodlarını dəyərləndirə bilmədik. Rəqibin də qol imkanları vardı ki, bu da normal idi. Nəticə qane etməsə də, oyun ümid verdi. Önümüzdə daha bu qədər də matç var. İnanıram ki, "Qəbələ" qış fasiləsindən sonra qələbələri sıralayacaq. Bunu əminliklə deyə bilərəm. 

 

- Komandadan göndəriləcək futbolçular olacaqmı? Olacaqsa, bunu müəyyənləşdirmisiniz?

- O qədər geniş heyətimiz olmadığına görə heç kimi göndərmək fikirmiz yoxdu. Ola bilər ki, yeni futbolçu olsun. Ancaq heyətimizi qoruyacağımızı deyə bilərəm.(Sport24.az)


Xəbər xətti