Ukrayna çempionatı: Pavel Paşayevin komandası uduzdu

12:01 10 Dekabr 2018

Ukrayna Premyer Liqasında 18-ci turun oyunları keçirilib.

 

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya” da növbəti görüşdə gücünü sınayıb.

 

Sözügedən kollektiv "Lvov”u qəbul edib və öz meydanında 1:2 hesabıyla uduzub. Paşayev start heyətdə meydana çıxsa da, 35-ci dəqiqədə əvəzlənib. Milli müdafiəçimiz "arxa cəbhə" 2 və 29-cu dəqiqələrdə buraxılan qollar zamanı səhvə yol verdiyi üçün oyundan alınıb.

 

36 xal yığan "Aleksandriya” 12 kollektiv arasında 3-cü pillədə mövqe tutub.


Digər xəbərlər

Xəbər xətti