Soni Mustivar: "Bir xal qazanmadıq, iki xal itirdik"

14:50 10 Dekabr 2018

Yarımmüdafiəçi Soni Mustivar "Sumqayıt”la oyunu şərh edib.

 

 

Sportarena.az xəbər verir ki, heç-heçəyə görə təəssüf hissi keçirən haitili futbolçu gələn il itirilmiş xalları sığortalamağa çalışacaqlarını bildirib:


 

"Sumqayıt”a qarşı oynamaq asan deyildi. İlk hissədə rəqib komanda qapımız qarşısında bir neçə təhlükəli vəziyyət yaratdı. Fasilədən sonra isə biz daha yaxşı oynadıq. Hesabı açmaq üçün şanslarımız oldu, amma bunlardan yararlana bilmədik. Sözsüz, bir xal qazanmadıq, iki xal itirdik. Buna çox təəssüflənirəm. Gələn il keçiriləcək oyunlarda itirilmiş xalları sığortalamağa çalışacağıq”.


Xəbər xətti