"Neftçi" rəhbərliyi hakimləri "Kişmiş" restoranına NİYƏ DƏVƏT EDİB? - SON XƏBƏR

17:23 10 Dekabr 2018

"Neftçi” rəhbərliyi Hakimlər və Hakim İnspektorlar Komitəsinə müdaxilə yolu tapıb.

  

Sportarena.az fanat.az-a istinadən xəbər verir ki,10-15 gün öncə  sözügedən klubun idarəçiləri "Kişmiş” restoranında olub.

 

Klub prezidenti Kamran Quliyev və idman direktoru Ceyhun Sultanovun birlikdə yemək masasına əyləşməsində qeyri-adi nəsə yoxdu. Şübhəli məqam isə Hakimlər və Hakim İnspektorlar Komitəsinin əsas fiqurlarından birinin - Elçin Məmmədovun klub rəsmiləri ilə eyni kabinetdən çıxmasıdı. Komitədə futzal üzrə kurator təyin olunan Elçinin sağ əli İnqilab Məmmədov da sözügedən restoranda "Neftçi” rəsmiləri ilə bir araya gəlib.

 

Elçin Məmmədovun Fritz Stuxlikin rəhbərlik etdiyi qurumda "boz kardinal" imici ilə fəaliyyət göstərdiyi heç kimə sirr deyil. Bu isə o deməkdir ki, "Neftçi”nin oyunlarına hakim təyinatları öncədən razılaşdırılacaq.


Digər xəbərlər

Xəbər xətti