AFFA milli komandanın mətbuat xidmətini ləğv etdi

17:45 10 Dekabr 2018

Qurban Qurbanovun Azərbaycan millisinin baş məşqçi postundan göndərilməsindən sonra ortaya xeyli suallar çıxdı. Həmin suallardan biri də, milli komandanın mətbuat xidmətinin taleyinin necə olacağı idi.

 

Sportarena.az xəbər verir ki, Qurbanovun gedişindən sonra millinin mətbuat xidmətinin də fəaliyyətinə son qoyulub. Bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla “Azərbaycan radiosu"na açıqlamasında məlumat verib. Federasiya rəsmisinin bildirdiyinə görə, bundan sonra milli komandanın mətbuat xidməti olmayacaq. Əvvəllər olduğu kimi, milli komandada bu işi AFFA-nın mətbuat xidməti yerinə yetirəcək.


Digər xəbərlər

Xəbər xətti