“Arsenal” – “Qarabağ” oyununun hakimləri bəlli oldu

18:08 10 Dekabr 2018

Avropa Liqasının qrup mərhələsinin son turunda keçiriləcək “Arsenal” – “Qarabağ” oyununun hakim təyinatları açıqlanıb.

 

Sportarena.az xəbər verir ki,qarşılaşmanı danimarkalı hakimlər birqadası idarə edəcək.Matçı Yens Qrabski Maae idarə edəcək. Onun koməkçiləri Lars Hummelqaard və Heyne Sorensen olacaq. Dördüncü hakim funksiyasını Yesper Dal yerinə yetirəcək.

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunu dekabrın 13-də Londondakı "Emireyts" stadionunda keçiriləcək.


Xəbər xətti