"Qarabağ" Londona yollanır

14:42 11 Dekabr 2018

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda "Arsenal"ın qonağı olacaq "Qarabağ" bu gün Londona gedəcək.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu səfərə çarter reysi ilə yollanacaq. Komandanı aparan təyyarə saat 18:00-da havaya qalxacaq.

Qeyd edək ki, Londondakı "Emireyts" stadionunda keçiriləcək "Arsenal" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da start götürəcək. Bakıdakı matçda ingilislər 3:0 hesablı qələbə qazanmışdılar.


Digər xəbərlər

Xəbər xətti