Tərlan Əhmədovdan SƏRT QADAĞALAR

14:55 12 Dekabr 2018

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov komandasına öz qayda-qanunlarını gətirib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssisin tətbiq etdiyi yeniliklər nizam-intizamın gücləndirilməsi məqsədi daşıyır.

 

Belə ki, o, nahar və şam vaxtı yeməkxanaya futbolçulardan başqa kimsənin daxil olmasına qadağa qoyub. Hətta klub işçilərinin də. Yeməyə 1 dəqiqə gecikən kollektiv üzvləri ac qalacaq, çünki içəri buraxılmayacaq.


Digər bir qaydaya görə, oyundan 1 gün əvvəl bazaya yığışan oyunçular telefonla danışmaq hüququndan məhrum edilib.

 

İnternetə giriş məhdudlaşdırılıb. Saat 23:00-dan sonra telefon və kompyuterlə “tutulanlar” cərimənməklə yanaşı, heyətdən çıxarılacaq. 


Məşqdə və avtobusda hündürdən danışan, komanda yoldaşıyla mübahisə edən futbolçu əvəzedici heyətə göndəriləcək. 


Bundan başqa, paltardəyişmə otağına klub rəsmilərinin girişi qadağandı. İstisna yalnız Müşahidə Şurasının sədri Zaur Axundovdu. (sportinfo)


Xəbər xətti