Polis paytaxt klubunun ofisində axtarış apardı

15:45 12 Dekabr 2018

Fransa polisi PSJ futbol klubunun ofisində axtarış aparıb.

 

Sportarena.az xəbər verir ki, buna Paris təmsilçisinin futbol akademiyasında irqçi ayrı-seçkiliklə bağlı yayılan iddialar səbəb olub.  Yerli prokurorluq noyabrın 16-da bu iş üzrə araşdırmaya başlayıb.

 

Qeyd edək ki, PSJ daha öncə klubun skaut şöbəsinin akademiyaya namizədləri etnik mənsubiyyətinə görə seçildiyini etiraf edib. Fransa qanunları namizədlərin seçimində bu cür məlumatlardan istifadəni qadağan edir. 


Xəbər xətti