“Sumqayıt”ın ən çox qol vuran futbolçusu kimdir? - STATİSTİKA

19:00 12 Dekabr 2018

Topaz Premyer Liqasında 2018/19 mövsümündə ilk iki dövrə arxada qalıb və komandalar qış fasiləsinə yollanıb.

 

Sportarena.az xəbər verir ki, “Sumqayıt” 15 xal toplamaqla fasiləyə 6-cı pillədə yollanıb.

 

Komandanı ilk 11 turda Nazim Süleymanov çalışdırıb. 12-ci turdan isə "gənclik şəhəri" təmsilçisi Ayxan Abbasova həvalə edilib. "Sumqayıt" arxada qalan 14 qarşılaşmada 4 qələbə, 3 heç-heçə və 7 məğlubiyyətə imza atıb. "Kimyaçılar" bu oyunlarda 13 qol vurub və qapısından 20 top buraxıb.

 

14 turda əsas komandada ümumilikdə 24 futbolçu çıxış edib. Aleksey İsayev (14 oyun, 1253 dəq.), Bəxtiyar Həsənalızadə (14 oyun, 1185 dəq.), Cavid Tağıyev (14 oyun, 1097 dəq.), Əli Babayev (14 oyun, 1239 dəq.) və Arif Daşdəmirov (14 oyun, 1011 dəq.) ilk iki dövrənin bütün görüşlərində meydanda olub.

 

14 turun yekununda “Sumqayıt”ın ən çox qol vuran futbolçusu Şəhriyar Əliyevdir. 25 yaşlı mərkəz müdafiəçisi meydanda olduğu 12 qarşılaşmada (1073 dəq.) 3 dəfə rəqib qapılarına yol tapmağı bacarıb. Əfran İsmayılov (12 oyun 903 dəq.) və Atilla Yıldırım (12 oyun, 962 dəq.) hərəyə 2 top vurmaqla Əliyevi izləyirlər.

 

Aleksey İsayev – 14 oyun (1253 dəqiqə)
Əli Babayev – 14 (1239)
Bəxtiyar Həsənalızadə - 14 (1185)
Cavid Tağıyev – 14 (1097)
Arif Daşdəmirov – 14 (1011)
Mehdi Cənnətov – 13 (1099)
Yusif Nəbiyev – 13 (1009)
Şəhriyar Əliyev – 12 (1073)
Atilla Yıldırım – 12 (962)
Əfran İsmayılov – 12 (903)
Rail Məlikov – 12 (809)
Vurğun Hüseynov – 9 (533)
Nicat Qurbanov – 9 (281)
Xəyal Nəcəfov – 6 (246)
Ülvi İsgəndərov – 6 (121)
Süleyman Əhmədov – 5 (316)
Elvin Məmmədov – 5 (247)
Murad Xaçayev – 3 (55)
Orxan Sadıqlı – 2 (157)
Qvanzav Maqomedov – 2 (60)
Turan Manafov – 1 (63)

 

Vurulan qollar: Şəhriyar Əliyev (3), Atilla Yıldırım (2), Əfran İsmayılov (2), Elvin Məmmədov, Nicat Qurbanov, Ülvi İsgəndərov, Yusif Nəbiyev, Cavid Tağıyev.

 

Buraxılan toplar: Mehdi Cənətov 13 oyun / 16 top, Orxan Sadıqlı 2 oyun / 4 top.


Xəbər xətti