Qurban Qurbanov: "Çalışacağıq ki, ən yaxşı formada özümüzü göstərək"

00:30 13 Dekabr 2018

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə "Arsenal"la oyun öncəsi mətbuat konfransı keçirib.

 

Sportarena.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, o, sabah yaxşı oyun göstərmək üçün meydana çıxacaqlarını deyib:

 

"Qrup mərhələsində sonuncu oyunumuzdu, rəqibimiz isə İngiltərənin köklü klublarından "Arsenal"dı və gücü hamıya bəllidi. Bilirik ki, rəqib bu mövsüm çox yaxşı nəticələr göstərir və İngiltərə nəhənglərindən biridi. Sabah da yaxşı oyun göstərmək üçün meydana çıxacağıq və çalışacağıq ki, ən yaxşı formada özümüzü göstərək".

 

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə 00:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti