"Qarabağ" Konqolu futbolçu ilə müqaviləyə XİTAM VERİR

01:00 13 Dekabr 2018

Qış fasiləsində “Qarabağ”dan göndəriləcək ilk futbolçu müəyyənləşib.

 

Sportarena.az qol.az-a istinadən xəbər verir ki, mövsümün əvvəlində “Bursaspor”dan transfer olunan Con Delarjla müqaviləyə xitam veriləcək. Konqolu hücumameylli yarımmüdafiəçinin çıxışı Qurban Qurbanovu qane etmədiyindən baş məşqçinin onun komandada qalmasında maraqlı olmadığı bildirilir.

Qeyd edək ki, “Qarabağ” Delarja görə “Bursaspor”a 170 min avro təzminat ödəmişdi. Onunla 2+1 illik müqavilə imzalanıb.


Xəbər xətti