"Qarabağ" Londonda məğlub oldu- YENİLƏNİB

01:55 14 Dekabr 2018

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulur.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” avrokubok mövsümündə son oyununu keçirib.

E qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri VI turda İngiltərə “Arsenal”ı ilə üz-üzə gəlib. Qrup birinciliyini təmin edən London klubu üçün ev oyunu formal xarakter daşıyıb.

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

 

Avropa Liqası
Qrup mərhələsi, VI tur
13 dekabr, E qrupu

00:00. “Arsenal” (İngiltərə) – “Qarabağ” (Azərbaycan) 1-0 

Qol: Lakazetti,16

Baş hakim: Yens Qrabski Maae

Baş hakimin köməkçiləri: Lars Hummelqaard, Heyne Sorensen
Dördüncü hakim: Yesper Dal
Əlavə köməkçi hakimlər: Yorqen Dauqbyerq Burhardt, Morten Kroq (hamısı Danimarka)
Hakim-inspektor: Stavros Tritsonis (Yunanıstan)
UEFA nümayəndəsi: Stirbyorn Oskarsson (Finlandiya)
London. “Arsenal” stadionu


Digər xəbərlər

Xəbər xətti