""Reynaldo haqqında hələ tam qərar verilməyib" - Qurban Qurbanovdan AÇIQLAMA

14:15 13 Dekabr 2018

"Reynaldo haqqında hələ tam qərar verilməyib. Belə bir fikir var. Bu barədə Bakıya qayıdandan sonra konkret məlumat verəcəyik".

 

Sportarena.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov İngiltərədə "Arsenal"la keçirəcəkləri Avropa Liqasının VI tur matçından əvvəl mətbuat konfransında deyib.

 

"Təəssüf ki, hücumdakı problemlər bir oyunçu ilə həll olunmur. Ümumiyyətlə, komanda oyun planında hücum xəttində daha aktiv olmalıdı. Ayrı-ayrılıqda daha keyfiyyətli futbolçuların olması şərtdi. Belə bir transferimiz alınsa, inanırıq ki, problemimiz həll olunacaq", - Qurbanov söyləyib. (Report)


Xəbər xətti