Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlandı

15:39 13 Dekabr 2018

UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu – VI turunun ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, namizədlər siyahısında Neymar (PSJ), Endryu Robertson ("Liverpul"), Leroy Sane ("Mançester Siti) və Qiyom Oaro ("Yanq Boyz) yer alıb.

Turun ən yaxşı qoluna namizədlərə gəlincə, siyahıda L.Sanenin “Hoffenhaym”a (2:1), “Barselona”nın hücumçusu Usman Dembelenin “Tottenhem”ə (1:1), “Lion”dan Nabil Fekirin “Şaxtyor”a (1:1) və “Yuventus”un forvardı Paulo Dibalanın “Yanq Boyz”a (1:2) vurduğu dəqiq zərbə qərarlaşıb.

 

Azarkeşlərin səsverməsindən sonra qalib məlum olacaq. 


Xəbər xətti