"Neftçi" Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq

18:00 13 Dekabr 2018

"Neftçi”nin qış fasiləsindəki təlim-məşq toplanışı zamanı keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərdən ikisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, komanda yanvarın 18-də "Qaz Metan” (Mediaş, Rumıniya), 23-də isə "Slovan” (Liberets, Çexiya) klubları ilə qarşılaşacaq. Ayın 26-dakı rəqibin adına aydınlıq gələndən sonra bu haqda məlumat veriləcək.

 

Qeyd edək ki, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərində olacaq komanda Manavqat bölgəsində yerləşən oteldə məskunlaşacaq.


Digər xəbərlər

Xəbər xətti