Ağasəlim Mircavadov Prezident təqaüdünə layiq görüldü

19:30 13 Dekabr 2018

Dövlət başçısı İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

 

Sportarena.az xəbər verir ki, sərəmcama əsasən, Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə Nərimanov Elşad Əhməd oğlu, Əliyev Elxan İzzət oğlu və Mircavadov Ağasəlim Seyidəhməd oğlu Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Digər xəbərlər

Xəbər xətti