"Barselona"lı ulduz futbol klubu aldı - SU QİYMƏTİNƏ

05:00 14 Dekabr 2018

"Barselona"nın futbolçusu Cerard Pike klub sahibi olur.

 

Sportarena.az xəbər verir ki, futbolçu İspaniyanın Regional liqasında mübarizə aparan "Andorra" klubunu almaq üçün görüşlərə başlayıb. Klubdan verilən açıqlamaya görə, satış üçün bir neçə müzakirə aparıldığı, ancaq hələlik, tam nəticənin əldə edilmədiyi bildirilib.

 

İspaniya mətbuatı isə Pikenin sahib olduğu "Kosmos" adlı şirkət vasitəsilə təxminən, "Andorra"nın 200 min avroluq borcunu ödəyərək klubu alıb. Satış 2019-cu ilin əvvəllərində rəsmiləşəcək.


Digər xəbərlər

Xəbər xətti