"Arsenal" - "Qarabağ" oyununda insident - ERMƏNİ AZARKEŞ SEPARATÇI REJİMİN BAYRAĞI İLƏ STADİONA QAÇDI

02:29 14 Dekabr 2018

Londondan baş tutan "Arsenal" - "Qarabağ" matçında insident yaşanıb.

 

Sportarena.az xəbər verir ki, qarşılaşmanın artırma dəqiqələrində azarkeşlərdən biri meydana daxil olub. O əlində separatçı Dağlıq Qarabağ rejiminin bayrağını tutaraq, "Qarabağ" futbolçularının üzərinə qaçıb. Azərbaycan təmsilçisinin oyunçuları və stüardlar təxribata cəhd edən fanatı dərhal zərərsizləşdirərək, meydandan kənarlaşdırıblar.(Report)



Digər xəbərlər

Xəbər xətti