Azərbaycanlı azarkeşlər İngiltərədə ermənilərin DƏRSİNİ BELƏ VERDİ - VİDEO

12:19 14 Dekabr 2018

Xəbər verdiyimiz kimi, dünən Avropa Liqasının qrup mərhələsinin son turunda "Arsenal" klubu "Qarabağ"la qarşılaşıb. 

 

Sportarena.az xəbər verir ki, qarşılaşma İngiltərə təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Matçın son dəqiqələrində erməni təxribatı da olub. Belə ki, erməni azarkeş əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq, "Qarabağ"ın futbolçularının üzərinə qaçıb. Amma stüardlar dərhal müdaxilə edərək, onu meydandan çıxara biliblər. Bunu görən azərbaycanlı azarkeşlər stadionu tərk edən erməniləri ələ salıb. Qondarma rejiminin bayrağını gətirən erməninin ünvanına təhqirlər yağdırıblar. Ermənilər isə qorxaraq sakit şəkildə oradan uzaqlaşıblar.

 

 


Xəbər xətti