Azərbaycan mətbuatı seçimini etdi: Qurban Qurbanov!

14:34 14 Dekabr 2018

Azərbaycanda 2018-ci ilin ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.

 

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.

 

Səsvermədə 59 mətbuat orqanından (1-i müstəqil jurnalist) 63 jurnalist iştirak edib. 49 səs toplayan Qurban Qurbanov 9-cu dəfə ilin ən yaxşı məşqçisi seçilib. 46 yaşlı mütəxəssis demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb. Sorğuda iştirak edənlərdən 5-i Vüqar Məmmədə, 3-ü Yuri Maksimova, 3-ü Roberto Bordinə, 3-ü isə Tərlan Əhmədova səs verib.

 

Qurban Qurbanov 2018-ci ildə "Qarabağ”a ardıcıl 5-ci dəfə Azərbaycan çempionluğunu qazandırıb. Bundan başqa, "Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Bu il Azərbaycanı avrokubokların qrup mərhələsində təmsil edən yeganə klub "Qarabağ” olub. Bu da Qurbanovun ilin məşqçisi seçilməsində həlledici amillərdən biridir.

 

Qurban Qurbanova ilin məşqçisi mükafatı dekabrın 17-də təqdim olunacaq. Tədbir "Fairmont otel"in ("Üç alov qülləsi”) Səttar Bəhlulzadə zalında keçiriləcək və saat 15.30-da başlayacaq.

 

Kim kimə səs verib?

 

Qurban Qurbanov (Qarabağ) - 49

Vüqar Məmməd (U-19) - 5

Roberto Bordin (Neftçi) - 3

Yuri Maksimov (Keşlə) - 3

Tərlan Əhmədov (Neftçi/Keşlə) - 3

 

İdman saytları

 

1. İlkin Baba ("Premyer.az”) - Qurban Qurbanov

2. Vüsal Mahmudov ("Futbolinfo.az”) - Qurban Qurbanov

3. Ceyhun Əliyev ("Sport24.az”) - Qurban Qurbanov

4. Saleh Arslan ("Korner.az”) - Qurban Qurbanov

5. Pərvin Kazımoğlu ("Fanat.az”) - Qurban Qurbanov

6. Kənan Məstəliyev ("Rekord.az”) - Qurban Qurbanov

7. Rüfət Nadirli ("Sportarena.az”) - Qurban Qurbanov

8. Xanoğlan İmanov ("Stadium.az”) - Qurban Qurbanov

9. Ceyhun Əzizli ("Aut.az”) - Qurban Qurbanov

10. İlkin Vaqifoğlu ("Sportinfo.az”) - Qurban Qurbanov

11. Mirələm Həsənli ("Sportlife.az”) - Qurban Qurbanov 

12. Mərdan Həsənov ("Newsport.az”) - Qurban Qurbanov 

13. Kamran Hacı ("Allsport.az”) - Tərlan Əhmədov

14. İxtiyar Əsgərov ("Matç.az”) - Qurban Qurbanov

15. Elşən Məmmədov ("Sportnet.az”) - Qurban Qurbanov

16. Amal Abuşov ("Sport7.az”) - Qurban Qurbanov

17. İbrahim Cəfərov ("Futbolxeber.az”) - Roberto Bordin

18. Araz Əhmədov ("Sportfm.az”) - Yuri Maksimov

19. Ruslan Mikayıllı ("Azerisport.com”) - Qurban Qurbanov

20. Əli Həyati ("Futbolmedia.az”) - Qurban Qurbanov

21. Zeynəb Əlizadə ("Goal.az”) - Vüqar Məmməd

22. Aydın Bağırov ("Qol.az”) - Qurban Qurbanov

23. Vüsal Məmmədzadə ("Sportline.az”) - Qurban Qurbanov

24. Ürfan Məmmədli ("Cempion.az”) - Qurban Qurbanov

25. Səxavət Qurbanov ("İdmanxeber.com”) - Qurban Qurbanov

26. Şahin Oğuz ("Sportal.az”) - Qurban Qurbanov

27. Seymur Teymurov ("Offsideplus.az”) - Roberto Bordin

28. Faiq Tahirov ("Futbolpress.az”) - Qurban Qurbanov

29. Anar Cəfərsoy ("Supersport.az”) - Qurban Qurbanov

30. İlkin Vidadioğlu ("Sportmedia.az”) - Qurban Qurbanov

31. Fərəc Aslanov ("Olimpsport.az”) - Qurban Qurbanov

32. Çingiz Abbasov ("Futbol11.az”) - Qurban Qurbanov

33. PFL.az - Qurban Qurbanov

34. Anar Şabanoğlu (müstəqil jurnalist) - Qurban Qurbanov

 

İdman qəzetləri

 

1. Mahir Rüstəmli ("Futbol+”) - Qurban Qurbanov

2. İlqar Tağıyev ("Het-trik news”) - Vüqar Məmməd

3. Qabil Mehdiyev ("İdman”) - Tərlan Əhmədov

 

Televiziya

 

1. Ceyhun Rzayev ("Xəzər” TV) - Qurban Qurbanov

2. Tural Dadaşov (İTV) - Qurban Qurbanov

3. Şəmsəddin Abbasov ("CBC Sport”) - Yuri Maksimov

4. Tural Xudiyev ("Space” TV) - Qurban Qurbanov

5. Fərid Ramazanov ("İdman Azərbaycan”) - Qurban Qurbanov

6. Mehman Rəsulov ("Real” TV) - Qurban Qurbanov

7. Sənan Şəfizadə (ATV) - Qurban Qurbanov

 

İctimai-siyasi mətbuat

 

1. Pərviz Hikmət ("Publika.az”) - Qurban Qurbanov

2. İlham Quliyev ("Kaspi” qəzeti) - Qurban Qurbanov 

3. Aygün İlqarqızı ("Unikal.org”) - Roberto Bordin

4. Səbuhi Musayev ("Oxu.az”) - Qurban Qurbanov

5. Şamo Quliyev ("Report.az”) - Qurban Qurbanov

6. Emin Səfərov ("Yeniçağ.az”) - Vüqar Məmməd

7. Məhəmməd Türkmən ("Minval.info”) - Qurban Qurbanov

8. Ceyhun Məmmədov ("Şərq qapısı”) - Qurban Qurbanov

9. Elçin Cəfərov ("Azərbaycan”) - Qurban Qurbanov

10. Təranə Xudabaxşıyeva ("Sputnik” Azərbaycan Agentliyi) - Tərlan Əhmədov

11. Zahir Əzəmət ("Qaynarinfo.az”) - Vüqar Məmməd

12. Elsevər Məmmədov ("Qafqazinfo.az”) - Qurban Qurbanov

13. Elmir Əliyev ("Haqqin.az”) - Yuri Maksimov

14. Azər Hüseynbala ("Reyting.az”) - Qurban Qurbanov

 

Komanda.az

 

1. Rəşad Ergün - Qurban Qurbanov

2. Aygül Qarayeva - Qurban Qurbanov

3. Şahin Cəfərov - Qurban Qurbanov

4. Pərviz Eltürk - Qurban Qurbanov

5. Vüsal Qəmbərov - Vüqar Məmməd


Digər xəbərlər

Xəbər xətti