"Sabah"ın qış hazırlıq planı - Türkiyədə dörd yoxlama oyunu keçirəcək

15:13 14 Dekabr 2018

“Sabah”ın qış fasiləsindəki hazırlıq planı bəlli olub.

 

Sportarena.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, komanda mövsümün ikinci yarısına Türkiyədə hazırlaşacaq.

 

Qonşu ölkədəki təlim-məşq toplanışı yanvarın 2-dən 23-dək davam edəcək. Antalya şəhərinin Lara bölgəsindəki “Titanik” otelində məskunlaşacaq Topaz Premyer Liqasının debütantı orda olduğu müddətdə 4 yoxlama görüşündə qüvvəsini sınayacaq.

 

Oyunlar yanvarın 12-də, 16-da, 19-da və 22-də keçiriləcək. Rəqiblər hələlik bəlli deyil.


Xəbər xətti