UEFA Ermənistanı cəzalandırdı

22:58 14 Dekabr 2018

UEFA Ermənistan Futbol Federasiyasını cərimə edib.

 

Sportarena.az xəbər verir ki, buna UEFA Millətlər Liqasının III turunda keçirilən Ermənistan - Cəbəllütariq oyununda yerli azarkeşlərin etdikləri qeyri-etik hərəkətlər səbəb olub. Fanatlar sözügedən qarşılaşmada meydana yad əşyalar atıb və tribunada insident törədiblər. Bun səbəbdən Ermənistan Futbol Federasiyası 18 min avro cərimələnib

 

Qeyd edək ki, görüş Cəbəllüttariqin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu yığmanın tarixində ilk rəsmi qələbəsi olub. 


Digər xəbərlər

Xəbər xətti