"Mançester Yunayted"dən transfer rekordu

15:59 15 Dekabr 2018

"Mançester Yunayted" Xalidu Kolibali üçün "Napoli"yə transfer təklifi göndərməyə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, İngiltərə klubu seneqallı futbolçu üçün 110 milyon avro təklif edəcək.

 

Bu keçid baş tutsa, "Mançester Yunayted" tarixində ən bahalı transfer olacaq. Hazırda bu rekord Paul Poqbaya məxsusdu. "Qırmızı şeytanlar" fransalı futbolçunu 2016-cı ildə "Yuventus"dan 105 milyon avroya almışdı. Bu həmin vaxt dünya futbolunun rekordu hesab olunurdu. 


Xəbər xətti