"Neftçi" şikayət etdi, idman direktorunun cəzası azaldı

16:19 15 Dekabr 2018

AFFA "Neftçi"nin hakimləri təhqir edən idman direktorunu qismən bağışlayıb.

 

Sportarena.az xəbər verir ki,qurumun Apellyasiya Arbitraj Tribunalının qəbul etdiyi yeni qərarla “Neftçi” klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilib.

Belə ki, AFFA İntizam Komitəsinin 4 dekabr 2018-ci il il tarixli qərarı ilə 1 dekabr 2018-ci ildə, 2018/2019 mövsümündə, XXVII Premyer Liqanın XIII turu çərçivəsində keçirilən “Sabah” - “Neftçi” oyunu ilə bağlı “Neftçi” PFK-nın idman direktoru Ceyhun Sultanovun kütləvi informasiya vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə cəzalandırıldığı oyun sayı 10-dan 5-ə, kluba tətbiq olunan cərimə 16 min manatdan 8 min manata endirilib.


Digər xəbərlər

Xəbər xətti