Ziya Əzizov oynamadı, komandası uduzdu

17:24 15 Dekabr 2018

Futbol üzrə Hollandiya ikinci liqasında 18-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ziya Əzizovun formasını geyindiyi “NEK Neymegen” də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Maastrixt”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Ziya bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.


Xəbər xətti