Türkiyədə futbol klubunun binasına silahlı hücum

01:17 17 Dekabr 2018

Türkiyənin "Malatyaspor" klubunun binasına silahlı hücum olub. 

 

Sportarena.az xəbər verir ki, bir avtomobillə bazaya gələn maskalı iki şəxs klubun ofisinə atəş açıb. Dərhal olay yerinə çox sayda polis əməkdaşı gəlib. 

 

Bildirək ki, hadisə zamanı xəsarət alan olmayıb.


Digər xəbərlər

Xəbər xətti