Çempionlar Liqasında püşk atıldı - 1/8 FİNALIN CÜTLÜKLƏRİ

15:25 17 Dekabr 2018

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərindəki qərargahında təşkil olunub.

Tədbirdə qrup mərhələsini ilk 2 pillədə başa vurmuş komandalardan ibarət 8 cütlük müəyyən olunub. Qrup liderləri birinci, qrup ikinciləri isə digər səbətdə yer alıb. Qaydalara əsasən, eyni qrupda çıxış etmiş və eyni ölkəni təmsil edən iki komanda 1/8 finalda bir-birinə rəqib ola bilməz.

Qeyd edək ki, ilk oyunlar 12-13, 19-20 fevralda, cavab görüşləri 5-6 və 12-13 martda adları birinci göstərilən komandaların meydanlarında təşkil olunacaq. 

 

Çempionlar Liqası

1/8 final

 

Şalke 04 (Almaniya) - Mançester Siti (İngiltərə)

Atletiko (İspaniya) - Yuventus (İtaliya)

Mançester Yunayted (İngiltərə) - PSJ (Fransa)

Tottenhem (İngiltərə) - Borussiya (Dortmund, Almaniya)

Lion (Fransa) - Barselona (İspaniya)

Roma (İtaliya) - Portu (Portuqaliya)

Ayaks (Hollandiya) - Real (İspaniya)

Liverpul (İngiltərə) - Bavariya (Almaniya)


Digər xəbərlər

Xəbər xətti