Avropa Liqasında 1/16 finalın püşkü atıldı - "Qalatasaray" "Benfika"ya, "Fənərbaxça" "Zenit"ə rəqib oldu

16:55 17 Dekabr 2018

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin püşkü atılıb. 

 

Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-də başlayıb.

 

Püşkatmada qrup mərhələsində ilk iki yeri tutanlar, həmçinin Çempionlar Liqasının qrup üçüncüləri rəqiblərini tanıyıb. Püşk zamanı 32 komanda 16 cütlük təşkil edib.

 

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları fevralın 12-14-də, cavab qarşılaşmaları 20-21-də keçiriləcək.

 

Viktoriya (Çexiya) - Dinamo (Zaqreb, Xorvatiya)

Brügge (Belçika) - Zalsburq (Avstriya)

Rapid (Avstriya) - İnter (İtaliya)

Slaviya (Çexiya) - Genk (Belçika)

Krasnodar (Rusiya) - Bayer (Almaniya)

Sürix (İsveçrə) - Napoli (İtaliya)

Malmö (İsveç) - Çelsi (İngiltərə)

Şaktyor (Ukrayna) - Ayntraxt (Almaniya)

Seltik (Şotlandiya) - Valensiya (İspaniya)

Renn (Fransa) - Betis (İspaniya)

Olimpiakos (Yunanıstan) - Dinamo (Kiyev, Ukrayna)

Latsio (İtaliya) - Sevilya (İspaniya)

Fənərbaxça (Türkiyə) - Zenit (Rusiya)

Sportinq (Portuqaliya) - Vilyarreal (İspaniya)

BATE (Belarus) - Arsenal (İngiltərə)

Qalatasaray (Türkiyə) - Benfika (Portuqaliya)


Digər xəbərlər

Xəbər xətti