Elxan Məmmədovun "tapıntısı" Stuxlikin MAAŞI NƏ QƏDƏRDİR?

15:53 17 Dekabr 2018

Hakimlər və Hakim İnspektorlar Komitəsinin sədri Frits Stuxlikin məvacibi bəllidi.

 

Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, avstriyalı 16 min avro məvacib alır. Maraqlıdır ki, AFFA-nın baş katibi Elxan Məmmədovun "tapıntısı” hansısa mənzildə yox, dəbdəbəli "Boulevard” oteldə yaşayır.

 

Stuxlikin bu məkanı seçməsi də təsadüfi deyil. AFFA-nın "vəzir”inin qardaşı sözügedən oteldə menecer qismində fəaliyyət göstərir. Stuxlik Elxan müəllimin qardaşına tərəf ötürdüyü yeganə əcnəbi deyil. Yığmamızın sabiq çalışdırıcısı Berti Foqts və 17 yaşadək qızlardan ibarət yığmamızın baş məşqçisi Sissi Rayt da ölkəmizdəki günlərini baş katibin qardaşının işlədiyi oteldə keçirib.


Digər xəbərlər

Xəbər xətti