Qurban Qurbanov gerilədi, Bordin irəlilədi - YENİ REYTİNQ AÇIQLANDI

16:15 17 Dekabr 2018

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinqi açıqlanıb. 

 

Sportarena.az xəbər verir ki, siyahıda Azərbaycandan iki mütəxəssis yer alıb. "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 458-ci yerdə qərarlaşıb. 46 yaşlı mütəxəssis son siyahı ilə müqayisədə 3 addım geriləyib.

 

"Neftçi”nin baş məşqçisi Roberto Bordin 961-ci pillədədi. Hesabında 123 xal olan italiyalı mütəxəssis 4 addım irəliləyib.

 

Qeyd edək ki, cədvələ "Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir – 15 min 131 xal.


Xəbər xətti