Qurban Qurbanov "İlin ən yaxşı məşqçisi" seçildi - FOTOLAR

22:00 17 Dekabr 2018

Azərbaycanda 2018-ci ilin ən yaxşı məşqçisi seçilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün mükafatına qovuşub.

 

Sportarena.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda 59 mətbuat orqanından (1-i müstəqil jurnalist) 63 jurnalist iştirak edib. 49 səs toplayan Qurban Qurbanov 9-cu dəfə ilin ən yaxşı məşqçisi seçilib. 46 yaşlı mütəxəssis demək olar ki, yekdilliklə bu mükafata layiq görülüb.

 

Qurban Qurbanov 2018-ci ildə “Qarabağ”a ardıcıl 5-ci dəfə Azərbaycan çempionluğunu qazandırıb. Bundan başqa, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edib. Bu il Azərbaycanı avrokubokların qrup mərhələsində təmsil edən yeganə klub “Qarabağ” olub. Bu da Qurbanovun ilin məşqçisi seçilməsində həlledici amillərdən biridir.

 

Qurban Qurbanova ilin məşqçisi mükafatı "Fairmont otel"in (“Üç alov qülləsi”) Səttar Bəhlulzadə zalında keçirilən tədbirdə təqdim olunub. Qalibə mükafatı komanda.az saytının baş redaktoru Rəşad Ergün təqdim edib.



Digər xəbərlər

Xəbər xətti