Türkiyə çempionatı: Yeni baş məşqçi də "Fənərbaxça"ya kömək etmədi

01:49 18 Dekabr 2018

Türkiyə çempionatında XVI turun oyunları baş tutub.

 

Sportarena.az xəbər verir ki, "Fənərbaxça" öz meydanında "Ərzurumspor"la qarşılaşıb. Meydan sahibləri Ərsun Yanalın rəhbərliyi altında çıxdığı ilk oyunda qalib gələ bilməyiblər və matç 2:2-lik bərabərliklə yekunlaşıb. 

Qeyd edək ki, hazırda "Ərzurumspor" və "Fənərbaxça" komandaları 15 xalla turnir cədvəlində 16 və 17-ci yerləri bölüşürlər.


Xəbər xətti