“Mançester Yunayted” yeni baş məşqçisinin adını açıqladı

16:07 18 Dekabr 2018

İngiltərənin “Mançester Yunayted” klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı Joze Mourinyonun istefaya göndərilməsindən sonra "qırmızı şeytanlar" sabiq futbolçusuna tapşırılıb. Komandanın yeni baş məşqçisi bu yaxınlarda karyerasını başa vuran Maykl Karrik olacaq. O, mövsümün sonuna qədər komandanın “sükanı arxası”nda olacaq. 
 
Klub rəhbərliyi həmin müddətə qədər baş məşqçi axtarışlarını davam etdirəcək. “Mançester Yunayted” Karriki rəhbərliyi altında uğurlu çıxışla yadda qalsa, onunla da müqavilə imzalana bilər.


Digər xəbərlər

Xəbər xətti